Günün kuponu – 17.12.2022
Xorvatiya – Mərakeş – 2,5 ÜST
Dünya 3-cüsünü müəyyənləşdirəcək matç. Eyni qrupda yer alan bu komandaların 24 gün əvvəlki dueli qolsuz başa çatsa da, bu dəfə fərqli olacağını düşünürəm. Ümumiyyətlə, mundiallar tarixinə baxdıqda 3-cü yer uğrunda oyunların əksəri bol qollu matçlar olub. Bu dəfə də azarkeşlərə zövq verəcək məhsuldar qarşılaşma gözləyirəm.
“Koventri” – “Suonsi” – cüt şans x2
Bu variantı sırf statistikaya, tarixə əsaslanıb seçmişəm: “Koventri” indiyədək “Suonsi”yə qalib gələ bilməyib! Aralarında indiyədək baş tutan 10 duelin 4-də heç-heçə qeydə alınıb, 6 görüşdə isə “Suonsi” qələbə qazanıb. Ənənənin pozulacağını düşünmürəm.
“Mirandes” – “Ponferredina” – 1-ci hissə cüt şans 12
Əslində bu matçın həm əmsalı, həm də komandaların statistikası oyunun 2,5 üst gəlmə ehtimalını artırır. Əgər məhsuldar oyun gözləyiriksə, demək, hesabın ilk yarıda açılma ehtimalı böyükdür. Düzdür, ilk hissə 1:1, 2:2 və s. məhsuldar heç-heçə ilə də yekunlaşa bilər. Amma ümid edirəm ki, belə olmaz. Fasiləyə tərəflərdən biri hesabda üstün durumda yollanar.