Sürpriz kupon – 17.01.2023

Sürpriz kupon – 17.01.2023

“Suonsi” – “Bristol Siti” – QOL/QOL

Klublar arasında ilk oyun 1-1 hesabı ilə başa çatıb. Əvvəlki mərhələdən azad olan klublar İngiltərə Kubokunda mübarizəyə 1\32 finaldan başlayıb.  Statistikaya əsasən bu komandaların əksər oyunlarında qol\qol seçimi doğru olub.

“Real Sosyedad” – “Malyorka” – 1

İspaniya Kubokunda 1\8 final görüşü. Son altı görüşdə məhz meydan sahibləri qələbə qazanıb. “Malyorka” 11 il ərzində “Real Sosyedad”la bacarmayıb. Qonaqların son qələbəsi 2012-ci ilə təsadüf edir.  

“Alanyaspor” – “Qalatasaray” – QOL/QOL

Türkiyə Kuboku sürprizlərlə zəngin turnir sayılır. Digər tərəfdən Alanya təmsilçisi Cim Bom üçün uğurlu rəqib deyil. Komandalar arasında son iki görüş bərabərliklə başa çatıb. Daha əvvəlki oyun isə “Alanyaspor”un qələbəsi ilə yekunlaşıb. Əsas vaxtda hər iki tərəfin qol vuracağına inanıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 17.01.2023

Növbəti yazı

“Salernitana”da ayrılıq