Günün kuponu – 17.01.2023
“Akkrinqton”- “Boreham Vud” – QOL/QOL
İngiltərə Kubokunda 1\32 final mərhələsinə start verilib. Təqdim olunan oyun cavab görüşüdü. İlk oyun “Boreham Vud”un stadionunda keçirilib və 1-1 hesabı ilə yekunlaşıb. Aşağı liqa təmsilçilərinin duelində aşkar favorit yoxdur. Fikrimcə cavab oyunda da qol\qol qeydə alınacaq.
“Vulverhempton” – “Liverpul” – ÜST2.5
Bu oyunda da İngiltərə Kubokunda cavab görüşüdü. İlk oyun 2-2 hesabı ilə başa çatdığından indi tərəflər cavab oyununa çıxacaq. 2023-cü ildə qələbəyə həsrət qalan mersisaydlılar premyer liqanın son turunda “Brayton”a uduzmaqla azarkeşləri əsəbləşdirdi. Meydan sahiblərinin bu oyunda uğur qazanmaq şansını yüksək qiymətləndirirəm.
“Viqan” – “Luton” – ALT2.5
İlk oyunda 1-1 hesabı qeydə alındığından tərəflər 1\16 finala vəsiqənin taleyini cavab görüşündə həll etməlidi. “Luton” meydan sahibləri üçün uğurlu rəqib sayılmır. Ardıcıl 7 görüşdə qələbəyə həsrət olan “Viqan” kubokda mübarizəni davam etdirməyə çalışacaq.