Sürpriz kupon – 15.10.2022
“Torino” – “Yuventus” – 2
“Yuventus” ağır günlərini yaşayır. Son 2 matçda “Milan” və “Makkabi Hayfa”ya məğlubiyyətlər və Poqba, Kyeza, Ake, di Sicilio, Kayo Jorge kimi futbolçuların zədəli olması. Belə vəziyyətdə Turin derbisi heç yerinə düşmür. Amma “Qoca sinyora” nın proqnozları alt-üst edəcəyini gözləyirəm. Çətin də olsa, məncə, derbini “Yuve” qazanacaq.
“Ayntraxt” – “Bayer Leverkuzen” – 2
Tərəfinlərin öz aralarındakı son 16 görüşün birində belə heç-heçə qeydə alınmayıb. Bu matçda heç-heçə gözləmirəm. Hər iki komanda ÇL-dən məğlubiyyətlə dönüb. Öz evində “Porto”dan 3 cavabsız qol buraxan Leverkuzen klubu “yaralı aslan”ı xatırladır. Oyunun favoriti “Ayntraxt” sayılsa da, mən qonaqların qələbəsinə daha çox inanıram.
“Atalanta” – “Sassuolo” – QOL/QOL
“Atalanta” ötən tur “Udineze” ilə 2:2 oynamaqla liderliyi “Napoli”yə təhvil verdi. Zirvəni geri qaytarmaq üçün qələbəyə oynayacaqlar. Rəqib də asan təslim olan komanda deyil. Fikrimcə, tərəflərin son 7 duelində olduğu kimi yenə qarşılıqlı qollar qeydə alınacaq.