Günün kuponu – 15.10.2022

Günün kuponu – 15.10.2022

“Ayntraxt” – “Bayer Leverkuzen” – 2,5 ÜST

Statistikaya görə bu komandaların dueli adətən bol qollu keçir. Üstəlik həm Frankfurt, həm də Leverkuzen təmsilçisi bu mövsüm bundesliqada ən çox qol buraxan komandalardandır – 9 oyuna 16 qol. Bərbad müdafiə ilə yanaşı hər ikisinin yaxşı hücum potensialına da sahib olduğunu nəzərə alsaq, 2,5 üst bu matç üçün ən optimal variantdır.

“Leypsiq” – “Herta” – 2,5 ÜST

“Leypsiq” 9 turda qapısından 13, “Herta” 12 qol buraxıb. Vurulan qollar “Leypsiq”də 14, Berlin klubunda 10-dur. Və bir də ortada” gurultulu” statistika var. Tərəflərin öz aralarındakı son 11 görüşünün hamısında azı 3 qol qeydə alınıb. Son 2 dueldə isə “Leypsiq” “Herta”nı darmadağın edib – 6:1 və 6:0. Məncə, bizi yenə məhsuldar oyun gözləyir.

“Verder” – “Mayns” – 2

Bremen klubu son 3 turda 7 xal qazanıb. “Mayns” isə əksinə, son 4 matçda cəmi 2 xal əldə edib. O da maraqlıdır ki, tərəflərin öz aralarındakı son 7 görüşün heç birində heç-heçə qeydə alınmayıb. Məncə, bu dəfə də “sülh” olmayacaq. “Mayns” sürpriz qələbə qazanacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Berrettini Neapolda

Növbəti yazı

Sürpriz kupon – 15.10.2022