Sürpriz kupon – 15.07.2022
“Zaqlembe” – “Şlyönsk Vrotslav” ALT 2,5
“Şlyönsk Vrotslav” ötən mövsüm Ekstraklasada çətinliklə yerini qoruyub saxlayıb. “Zaqlembe” də Polşa futbolunun ortabablarından hesab olunur. Çempionatda ilk tur olduğundan məncə, komandalar çox da riskə getməyib ehtiyatlı oynayacaqlar. Ona görə də çox qolun olacağına inanmıram.
Avstriya – Norveç (qadınlar) QOL/QOL
Avstriya ilə Norveçin qrupda xalları bərabər olduğundan gərgin mübarizə gözlənilir. İngiltərənin qrupda 1-ci olacağı şübhə doğurmur. Əsas məsələ növbəti mərhələyə vəsiqə verən 2-ci yeri kimin tutacağıdır. Hər iki komandaya qələbə lazım olduğundan qarşılıqlı qollar vurula bilər.
Şimali İrlandiya – İngiltərə (qadınlar) ÜST 2,5
İngiltərənin bu matçda favorit olması heç kimdə şübhə doğurmur. Lakin sürpriz kuponda bir qədər fərqli variant seçə bilərik. İngiltərənin hücum xətti Avropa çempionatında ən güclülərdəndir. Təsadüfi deyil ki, ingilislər Norveçin qapısından 8 cavabsız top keçirmişdilər. Məncə, bu görüş də bol qollu alına bilər.