Günün kuponu – 15.07.2022
“Midtyullan” – “Randers” 1
Danimarka Superliqasında yeni mövsümə start verilir. Ötən mövsüm yalnız “Kopenhagen”i özündən irəli buraxıb Çempionlar Liqasında iştirak etmək hüququ qazanan “Midtyullan” doğma divarlar arasında “Randers”i qəbul edəcək. Bu komandalar arasında son 4 görüşün hamısında “Midtyullan” qalib gəlib. Bu oyunun da favoriti meydan sahibləridir. Sadəcə bu matçdan 4 gün sonra “Midtyullan” Çempionlar Liqasında AEK Larnaka ilə üz-üzə gələcək. Ola bilər ki, baş məşqçi bəzi futbolçulara istirahət versin.
“Kayzerslautern” – “Hannover” QOL/QOL
Almaniyanın II Bundesliqasında da yeni mövsüm başlayır. “Kayzerslautern” III Bundesliqadan “yuxarı” yüksələ bildi. “Hannover” isə ötən mövsüm II Bundesliqada 11-ci yeri tutmuşdu. İlk tur olduğundan komandaların güc balansını müəyyənləşdirmək çətindir. Hər iki klubun yoxlama oyunları məhsuldar keçib. Güman edirəm ki, bu matçda da hər iki tərəf fərqlənə bilər.
“Rakov” – “Varta Poznan” 1
“Qarabağ”ın darmadağın etdiyi “Lex”i “Rakov” bir neçə gün öncə Polşa Superkubokunda 2:0 hesabı ilə üstələyərək titulu qazanmışdı. “Rakov” ötən mövsüm Polşa Ekstraklasasında gümüş medal alıb və Konfrans Liqasında mübarizə aparacaq. “Varta” isə keçən mövsüm 11-ci yeri tutmuşdu. “Rakov”un bu görüşdə qələbəni əldən verəcəyinə inanmıram.