Sürpriz kupon – 15.02.2023
“Arsenal” – “Mançester Siti” – 1-ci hissə – 2
Nəticə hər iki komanda üçün çox vacibdir. Lider “Arsenal” izləyicisi “Mançester Siti” ilə ən azı fərqi qorumağa çalışacaq. “Siti” qalib gələcəyi halda isə xallar bərabər olacaq. Məncə, Qvardiolanın komandası bunu bacaracaq. Hətta bir az risk edərək liderin artıq ilk yarıda hesabda geri düşəcəyini təxmin edirəm. 8 ildir premyer liqa matçlarında “Arsenal”a uduzmayan, aralarındakı son 6 duelin hamısını qazanan “Siti”dən qələbə gözləyirəm.” 1-ci hissə 2 variantı” 2,85 əmsalla dəyərləndirildiyi üçün oyuna deyil, məhz ilk yarının nəticəsinə mərc edirəm.
“Brugge” – “Benfika” – 2,5 ALT
Belçika liqasında lider “Genk”dən 20 xal geri qalan “Brugge”nin bütün diqqəti ÇL-dədir. Amma Benfika”ya qol vurmaq elə də asan deyil. Üstəlik rəqib hücumda da olduqca təhlükəlidir. Ona görə müdafiəyə daha çox diqqət yetirmək lazım gələcək.
“Real Madrid” – “Elçe” – 4,5 ALT
La Liqanın lideri bir neçə gün əvvəl Klublararası dünya çempionluğunu qazanaraq gəlib. Əhval ruhiyyə yüksək olsa da, inanmıram ki, “Kral klubu” çempionatın ən zəif komandasına qarşı amansız olsun. Fikrimcə, maksimum, 2-4 qol vurular bu oyunda.