Günün kuponu – 15.02.2023
“Arsenal” – “Mançester Siti” – QOL/QOL
Premyer liqanın liderləri 12-ci turdan təxirə salınan matçda üz-üzə gələcək. Hər iki komandanın fantastik hücum xətti var. “Arsenal” 21 oyunda 46, “Siti” isə 56 qol vurub. Olduqca əhəmiyyətli olacaq bu görüşdə də tərəflərin qol vuracağını təxmin edirəm.
“Benqaluru” – “Mumbay Siti” – 2,5 ÜST
Hindistan superliqasında lider olan “Mumbay Siti”nin hücum xəttinə söz ola bilməz: 18 oyuna 53 qol, orta hesabla hər oyuna 3 qol! “Benqaluru” isə 22 qol vurub, qapısında isə 21 top görüb. Komandaların öz aralarındakı son 6 duelin hamısının 2,5 üstlə yekunlaşması da adamı bir tərəfdən bu varianta sövq edir.
“Borussiya Dortmund” – “Çelsi” – 1-ci hissə cüt şans 12
Premyer liqada uğursuz çıxış edən “Çelsi” əsas gücünü ÇL-ə yönəldəcək. Rəqib isə bundesliqanın liderlərindən biridir. Fikrimcə, bu matçda azı 2 qol vurulacaq. Artıq ilk hissəni tərəflərdən birinin hesabda öndə bitirəcəyini düşünürəm.