Sürpriz kupon – 13.09.2022
“Sportinq” – “Tottenhem” 2
Hər iki komanda ilk oyunlarını qələbə ilə başa vurub. “Sportinq” səfərdə “Ayntraxt”ın qapısından 3 cavabsız top keçirmişdi. “Tottenhem” isə “Marsel”dən üstün olmuşdu – 2:0.
Antonio Kontenin komandası 6 turdan sonra 14 xalla İngiltərə Premyer Liqasında 3-cü yeri tutur və lider “Arsenal”dan 1 xal geri qalır.
“Sportinq” isə əksinə çempionata çox pis başlayıb və 7-ci pillədədir. Lissabon klubu prinsipial rəqiblərindən olan “Portu”ya da 0:3 hesabı ilə uduzub.
“Viktoriya Plzen” – “İnter” 2
Çexiya klubu ilk görüşdə “Barselona”ya böyük hesabla (1:5) uduzsa da, məncə, “İnter”ə layiqli müqavimət göstərməyə çalışacaqlar.
Simone İnzaginin komandası Milan derbisində uduzduqdan sonra Çempionlar Liqasında “Bayern Münhen”ə də məğlub oldu. İndi geriyə yol yoxdur. Lukaku bu oyunda da “İnter”ə kömək edə bilməyəcək.
“Viktoriya Plzen”də də zədəli futbolçular çoxdur. İtalyanlar üçün çətin oyun olacaq, amma ustalıq səviyyəsi görüşün taleyini həll edə bilər.
“Liverpul” – “Ayaks” ÜST 2,5
“Liverpul” son 5 oyunda 13 qol vurub, yeddisini buraxıb.
“Ayaks” isə son 5 matçda 16 dəfə fərlənib və təsəvvür edin ki, qapısında 1 qol da görməyib. Baxımlı, əla bir oyun gözləyirik. Hər iki tərəfin hücum xətti ön plana çıxmalıdır.