Günün kuponu – 13.09.2022
“Portu” – “Brügge” 1
Portuqaliya klubu qrupdakı ilk oyunda 90+11-ci dəqiqədə buraxılan qolla “Atletiko”ya Madriddə uduzdu – 1:2.
“Brügge” isə qrup mərhələsinə “Bayer Leverkuzen” üzərində minimal hesablı qələbə ilə başladı.
“Portu”nun liderlərindən Otavio zədəlidir. Bundan başqa, iranlı Mehdi Tareminin oynaması sual altındadır. Konseysaunun komandası Portuqaliya liqasında 3-cü yeri tutur və lider “Benfika”dan 3 xal geri qalır.
“Brügge” də çempionatda 1-ci yerdən 5 xal aralı düşüb.
“Portu” bu oyunda da büdrəyəcəyi halda qrupdan çıxmaq şanslarını xeyli azalda bilər.
“Liverpul” – “Ayaks” QOL/QOL
Kloppun işləri qaydasında deyil. “Liverpul” 1-ci turda gözlənilmədən “Napoli” səfərində böyük hesabla uduzdu – 1:4.
“Ayaks” isə ilk görüşdə “Reyncers”in qapısından 4 cavabsız top keçirdi.
İngiltərə Premyer Liqasında oyunlar təxirə salındığından “Liverpul”un bir qədər dincəlmək imkanı olub. “Ayaks” Britaniyaya “Herenven”i 5:0 məğlub etdikdən sonra yollanır. Hər iki komandanın hücum xətti əla təsir bağışlayır.
“Liverpul”da hələ də zədəli futbolçular çoxdur. Azarkeşlər bol qollu bir oyun izləyə bilərlər.
“Bayern Münhen” – “Barselona” ÜST 2,5
Levandovskinin “Alyans Arena”da Münhen klubuna qarşı oyununu izləmək maraqlı olacaq. Polşalı hücumçu Kataloniya komandasına qısa vaxt ərzində əla uyğunlaşdı. O, artıq La Liqada 5 oyuna 6 qol vurub. “Barsa” son matçda səfərdə “Kadis”in qapısından 4 cavabsız top keçirdi.
“Bayern Münhen” isə əksinə doğma divarlar arasında “Ştutqart”la görüşdə xal itirdi – 2:2. Flikin komandası Bundesliqada 6 oyunda üç heç-heçə edib.
Bu komandalar arasında son 5 oyunda ÜST 2.5 gəlib. Bu dəfə də qol şousunun şahidi ola bilərik.