Sürpriz kupon – 12.11.2022
İstanbul Başakşehir – Qalatasaray 2
“Hatayspor”la qarşılaşmada son anda məğlubiyyətdən qurtulan “İstanbul Başakşehir”i indi daha güclü rəqiblə sınaq gözləyir. Bukmekerlər komandaların şanslarını təxminən eyni qiymətləndirsə də, “Beşiktaş”la derbidə qazanılan zəfərlə özgüvəni artan “Qalatasaray”ın qələbəsi mənə daha real görünür. “Cim Bom” çempionluq mübarizəsində əzəli rəqibi “Fənərbağça”dan qopmamaq üçün bu oyunda mütləq qalib gəlməlidi və komandanın bunu edəcək gücü var.
Tottenhem – Lids 1
Antonio Kontenin təyinatından sonra “Tottenhem” azarkeşlərinin komandadan gözləntiləri artıb. İtaliyalı mütəxəssis üçün “Lids”lə oyunu bu mənada göydəndüşmə saymaq olar. Düzdü, qonaqlar da asanlıqla təslim olan komanda deyil. Amma londonlular bolqollu olacağını düşündüyüm bu qarşılaşmadan azarkeşlərin də dəstəyindən ilhamlanıb qələbə ilə ayrılmalıdır.
Napoli – Udineze 1
Xviça Kvaratsxeliyanın heyətində xarüqələr yaratdığı “Napoli” Dieqo Armando Maradonanın adını daşıyan stadionda “Udineze”ni qonaq ecəcək. Komandalar arasında son illərdəki şəxsi görüşlərə diqqət yetirsək neapolluların çox böyük üstünlüyünü görərik. Üstəlik, “Napoli” hazırda da əla formadadı və A Seriyasının lideridi. Fikrimcə, meydan sahiblərinin qələbə şansları yetərincə yüksəkdi.