Günün kuponu – 12.11.2022
Vulverhemton – Arsenal 2
Premyer Liqanın lideri mövqeyini qorumaq üçün qalib gəlməlidi. “Vulverhemton” turnir cədvəlinin autsayderlərindəndi və onlara da xal qazanmaq olduqca vacibdi. Amma 19-cu pillədə qərarlaşan meydan sahibləri çətin ki, bu dəfə nəsə əldə edə bilsin.
Liverpul – Sauthempton 1
“Sauthemton”da son anda yeni təyinat olmasa bu qarşılaşmaya komandanı baş məşqçi əvəzi Ruben Selles çıxaracaq. “Neftçi”də və “Qarabağ”da məşqçi kimi çalışmış ispaniyalı mütəxəssisin durumu qibtəediləsi deyil. Sellesin bu postda karyerasında ilk Premyer Liqa matçı səfərdə “Liverpul”a qarşı olacaq.
Turnir cədvəlinin 18-ci pilləsində qərarlaşmış “Sauthempton”un bu mövsümkü qeyri-sabit çıxışı ilə azarkeşlərini qəzəbləndirən Yurgen Kloppun komandasına uduzmayacağı möcüzə kimi görünür.
Mançester Siti – Brentford 1
Zədəli Erlinq Haalannın mançesterlilər üçün nə qədər böyük itki olduğunu deməyə ehtiyac yoxdu. Amma norveçli ulduzsuz da meydan sahibləri oyunun aşkar favoritidi. “Brentford”da “Mançester Siti”yə ciddi müqavimət göstərəcək potensial görünmür.