Sürpriz kupon – 12.10.2021
Albaniya – Polşa – 2
İngiltərə bu qrupun lideri və favoritidir. Pley-offa vəsiqə verən 2-ci yer uğrunda isə əsas mübarizə Albaniya və Polşa arasında gedir. Polşa səfərdə alanlara qalib gəlsə, 2ci yeri ələ keçirəcək. Fikrimcə, Levandovski və komandası çətinliklə də olsa, bunu bacaracaq.
Litva – İsveçrə – 2,5 üst
İsveçrə 6 oyuna cəmi 1 top buraxmasına, Litva isə 4 qol vurmasına baxmayaraq məncə, bu oyun məhsuldar alınacaq. Baxmayaraq ki, martda tərəflərin İsveçrədəki görüşündə cəmi 1 qol qeydə alınmışdı.
İsveç – Yunanıstan – 1
İsveç bu qələbə ilə qrupda azı 2-ci yeri böyük ölçüdə təmin edəcək, Yunanıstana aradakı fərqi 6 xala yüksəldəcək. Yunanlar hər nə qədər inadkar komanda olsa da, Forsberq, İsak və Kulisevski kimi ulduzları olan İsveç millisi məncə, məqsədinə çatacaq.
Albaniya – Polşa – 2 – 2,05
Litva-İsveçrə 2,5 üst – 1,54
İsveç – Yunanıstan – 1- 1,80
Yekun əmsal: 5,68