Günün kuponu – 12.10.2021
Farer adaları – Şotlandiya – 2
Şotlandiya 1998-ci ildən sonra ilk dəfə dünya çempionatında oynaya bilər. Son 3 turda Danimarkanın qrup liderliyini əldən verəcəyi real görünmədiyi üçün şotlandlar 2-ci pilləni əlində saxlamağa çalışacaq ki, pley-off mərhələsinə çıxsın. İsrail və Avstriyanın da 2-ci yer şansı qaldığından Şotlandiyanın Farer adaları kimi rəqiblə görüşdə qələbədən başqa yolu yoxdur.
İsrail – Moldova – 2,5 üst
İsrail yığması üçün xal itkisi bağışlanmazdır. Heç-heçə belə 2-ci yeri tutmaq şanslarının üstündən xətt çəkə bilər. Ona görə hücum futbolu oynayacaqları gözlənilir. Qrupun sonuncusu Moldova isə 7 oyuna qapısından 22 qol buraxıb: orta hesabla hər oyuna 3 qol. Məntiq bu matç üçün 2,5 üst deyir.
Litva – İsveçrə – 2
C qrupunda əsas mübarizə 1-ci yer ugrunda, İtaliya və İsveçrə arasında gedir. İsveçrə hazırda İtaliyadan 3 xal geri qalsa da, ehtiyatda bir oyunu var. Demək, Qətər-2022-yə birbaşa vəsiqə verən ilk sıranı da İtaliyanın əlindən almaq imkanı var. Bu motivasiyanın qarşısında isə Litva kimi komandalar çətin davam gətirsin.
Farer adaları – Şotlandiya – 2 – 1,28
İsrail – Moldova – 2,5 üst – 1,54
Litva – İsveçrə – 2 – 1,19
Yekun əmsal: 2,34