Sürpriz kupon – 12.01.2023

Sürpriz kupon – 12.01.2023

“Real Betis” – “Barselona” QOL/QOL
İspaniya Super Kubokunda “Barselona” səfərdə “Real Betis”in qonağı olacaq. Cütün qalibi finalda “Real”-“Valensiya” duelinin güclüsüylə qarşılaşacaq. Son üç matçda uduzmayan “Betis” mümkün sürpriz etmək iddiasındadır. Kataloniyalılar isə yeni ildə daha çox titul qazanmaq istəyir.

“Fiorentina” – “Sampdoriya” ÜST2.5
İtaliyada da kubok matçları keçirilir. Əvvəlki mərhələdən azad olan “Fiorentina” 1\8 finalda doğma meydanda “Sampdoriya”nı qəbul edəcək. Statistikaya əsasən bu klubların əksər oyunları ÜST2.5 seçimini doğruldur. Amma kubok matçı olduğuna görə rəqiblərin ehtiyatlı oyuna üstünlük verəcəyi istisna edilmir.

“Sent Cillois” – “Gent” ALT2.5
Belçika Kubokunda 1\4 final. Maraqlıdır ki, indiyə qədər keçirilən oyunlarda “Gent” qələbə qazana bilməyib. Yalnız bir matçda qolsuz bərabərliyə nail olub. Meydan sahiblərinin favorit sayıldığı görüşdən məhsuldar nəticə gözləmirəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 12.01.2023

Növbəti yazı

Obameyanq İspaniya yolunda