Günün kuponu – 12.01.2023

Günün kuponu – 12.01.2023

“Setubal” – “Kasa Pia” ALT2.5
Portuqaliya Kubokunda 1\8 final görüşü. İndiyə qədər keçirilən hər iki görüşdə “Setubal” qələbə qazanıb. Son beş matçda qələbəyə həsrət olan meydan sahibləri uğursuzluq zolağından çıxmağa çalışacaq.

“Herakls” – “Qou Ehed İqlz” 1
Niderland Kubokunda 1\16 final matçı. Son 7 görüşdə uduzmayan “Herakls” bu oyuna yüksək əhvalda çıxacaq. Ev oyunlarında “Herakls” ümumiyyətlə etibarlı çıxış edir. Son 7 ev oyununda komanda məğlubiyyət acısı yaşamayıb.

“Qroningen” – “Spakenburq” 1
Meydan sahibləri son 4 rəsmi matçda qələbə qazana bilməyib. Yeni ilin ilk oyununda isə “Ekselsior”a 0-1 hesabı ilə uduzub. Aşağı liqada çıxış edən “Spakenburq” yeni ildə ilk dəfə meydana çıxacaq. Meydan sahiblərinin sürprizə imkan verəcəyinə inanmıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Vulverhempton” daha bir “Vest Hem”lini istəyir

Növbəti yazı

Sürpriz kupon – 12.01.2023