Sürpriz kupon – 11.03.2023
“Leypsiq” – “Borussiya Münhenqladbax” – 1-ci hissə cüt şans 12
Azı 2,3 qol vurulacağını gözlədiyim oyunlar üçün bəzən bu mərc variantını seçirəm. Üstünlüyü odur ki, bütün oyunun nəticəsini gözləməyə lüzum qalmır, artıq ilk yarıda mərcin nəticəsini bilirsən. 45 dəqiqəyə qazandığın məbləği isə dərhal canlıda həmin oyuna və ya başqa matça mərc edə bilərsən.
Bu oyundan da bol qol gözləyirəm, fikrimcə ilk yarı heç-heçə bitməyəcək.
“Qarabağ” – “Səbail” – 1-ci hissə 1 / oyun 1
Ətraflı şərhə ehtiyac yoxdur. Liderlə ən sonuncu pillədə yer alan komandanın duelində Ağdam klubu aşkar favoritdir. “Qarabağ”ın elə ilk yarıda qələbənin əsasını qoyacağını düşünürəm. Bu variant üçün ETOPAZın təklif etdiyi 1,42 əmsalı dəyərləndirmək olar.
“Napoli” – “Atalanta” – QOL/QOL
“Napoli”nin son 4, “Atalanta”nın isə axırıncı iki oyunu 2,5 altla bitib. Məncə, artıq hər iki komanda üçün məhsuldar oyunların vaxtı çatıb. Ötən tur sürpriz şəkildə öz meydanında “Latsio”ya (0:1) uduzan “Napoli” hücum potensialından maksimum istifadəyə çalışacaq. “Atalanta” da bu baxımdan onlardan geri qalmır. Lider “Napoli” ən yaxın izləyicisini 15 xal qabaqladığından onların qələbəsinə mərc etmək risklidir. Qol/qol daha uyğun variantdır mənə görə.