Gəncədə bərabərlik, “Sabah”dan böyükhesablı qələbə

Gəncədə bərabərlik, “Sabah”dan böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib. İlk oyun günündə 2 qarşılaşma baş tutub.

“Kəpəz” “Zirə”ni qəbul edib. Hesab 38-ci dəqiqədə açılıb. Fərid Nəbiyev fərqlənib. Qonaqlar matçın sonlarında bərabərlik topunu vura bilib. Hamidu Keyta penaltini dəqiq yerinə yetirib – 1:1.

“Sabah” isə “Sumqayıt”la qarşılaşıb. Hesab ilk hissənin son dəqiqəsində açılıb. Coy Lens Mikels “bayquşlar”ı önə çıxarıb. İkinci yarıda “Sabah” daha 3 qol vurub. Aleksey Kaşuk, Ceyhun Nuriyev və Seymur Məmmədov fərqlənib – 4:0.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 11.03.2023

Növbəti yazı

Benzema “Liverpul”la oyunu gözləyir