Günün kuponu – 11.03.2023

Günün kuponu – 11.03.2023

“Real Madrid” – “Espnyol” – 1-ci hissə 1/oyun 1

“Real” ardıcıl 3 oyundur qələbə qazanmır. Kataloniya klubu ilə görüşdə bu uğursuz seriyaya son qoyacağına inanıram. Hətta bir az risk də edərək “Kral Klubu”nun həm ilk hissəni, həm də bütünlükdə matçı qalib bitirəcəyinə mərc edirəm. Zədəli Benzema heyətdə olmasa da qələbəyə şübhəm yoxdur.

“Kristal Pelas” – “Mançester Siti” – 2

“Mançester Siti” lider “Arsenal” la 5 xallıq fərqi azaltmağa çalışır. Ona görə qələbədən başqa istənilən nəticə Qvardiolanın komandası üçün qəbulolunmazdır. Məncə, bu matçda sürpriz olmayacaq, “Siti” məqsədinə çatacaq.

“Leypsiq” – “Borussiya Münhenqladbax” QOL/QOL

Tərəflərin öz aralarındakı son 8 matçının 7-də 2,5 üst qeydə alınıb. Bu mövsümdə hər iki komandanın hücum xətti məhsuldarlığı ilə diqqət çəkir. Fikrimcə, bu matçda hər iki tərəf qol vuracaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Memfis”dən rekord

Növbəti yazı

Sürpriz kupon – 11.03.2023