Sürpriz kupon – 11.01.2022
“Kalyari” – “Bolonya” – 1
A seriyasında yenidən klubları narahat edən əsas məqam Covid-ə yoluxanların sayının çoxalmasıdır. Bu səbəbdən ötən turun 4 oyunu təxirə salınmışdı. İndi də “Bolonya”nın heyətinin hardasa 50 faizi meydana çıxa bilməyəcək. Düzdür, “Kalyari”də də itkilər çoxdur. Amma Sinişa Mixayloviçin komandasına baxanda vəziyyət nisbətən normaldır.
Əlcəzair – Syerra Leone – 1
Afrika Millətlər Kubokunun son qalibi Əlcəzair yarışa Syerra Leone ilə oyunla start verir. Heyətində “Lion”dan İslam Slimani, “Milan”dan Bennaser kimi futbolçuların olduğu Əıcəzair bu turnirin də favoriti sayılır. Syerra Leone isə son 3 yoxlama oyununda qalib gələ bilməyib.
Nigeriya – Misir – qol/qol
Proqnoz verilməsi çətin olan oyunlardan biri. Nigeriya 2019-cu ildə keçirilmiş son yarışın bürünc mükafatçısıdır. İxenaço (Lester), İveobi (Everton), Salah (Liverpul), El Nenni (Arsenal) kimi İngiltərə Premyer Liqasında çıxış edən futbolçular bir – birinə rəqib olacaqlar. Hər iki yığma Afrika Millətlər Kubokunu qazana biləcək potensiala sahibdir. Riskli oyun olduğundan ən yaxşı variant qol/qol olardı.