Kamran Ağayev karyerasını bitirdi
Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirib. Bu barədə qərarı 36 yaşlı qolkiperin özü verib.
Ağayev bu barədə çıxış etdiyi “Səbail” klubunun rəhbərliyini də məlumatlandırıb. Yayda bir illik müqavilə imzalayan qolkiper anlaşması başa çatmamış futbolla vidalaşıb.
Qeyd edək ki, Kamran cari mövsüm Premyer Liqada 9 oyunda 16 top buraxıb. 2008-2018-ci illərdə millinin qapıçısı olan Ağayev karyerası ərzində “Şəfa”, “Turan”, “Xəzər Lənkran”, “Bakı”, “Qəbələ”, “İnter”, “Kayserispor”, “Karşıyaka” (hər iki Türkiyə), “Boavişta” (Portuqaliya) və “Mlada Boleslav”ın (Çexiya) şərəfini qoruyub.