Günün kuponu – 11.01.2022
“Sautqempton” – “Brentford” – qol/qol
“Brentford” “Sautqempton”u cəmi 2 xal qabaqlayır. “Qırmızı – ağlar” 4 oyundur uduzmur. Hər iki komanda 3 gün əvvəl FA Cup-da qalib gələrək, növbəti mərhələyə yüksəlib. “Sautqempton”un son 4 gorüşündə qol/qol qeydə alınıb. “Brentford”un da son 2 matçında qarşılıqlı qollar olub. Məncə, bu dəfə də azarkeşlər hər iki komandanın fərqlənməsinin şahidi ola bilər.
“Ridinq” – “Fulhem” – 2
“Fulhem” bu mövsüm Premyer Liqaya vəsiqə qazanmağa əsas namizədlərdən sayılır. “Ridinq” isə təhlükəli zonanın bir addımlığındadır. “Fulhem” öz meydanında son iki oyunda “Ridinq”ə uduzub. Ona gorə də bu görüş portuqaliyalı Marko Silvanın rəhbərlik etdiyi komanda üçün həm də revanş xarakteri daşıyır. “Fulhem” liderlərdən uzaq düşməmək üçün mütləq qələbə qazanmalıdır.
“Unam Pumas” – “Toluka” – alt 2,5
Hər iki komanda yeni mövsümdə ilk oyunlarına çıxırlar. Adətən klublar startda ehtiyatlı olmağa çalışırlar. “Pumas”ın ötən il son iki gorüşü alt 2,5-lə yekunlaşıb. “Toluka” da hücumda xarüqələr yaradan komanda deyil. Düşünürəm ki, belə qarşılaşmalardan çox qol gözləməyə dəyməz.