Sürpriz kupon – 10.12.2022
İngiltərə – Fransa QOL/QOL
Bəlkə də bu variant əksəriyyətə riskli görünür. Axı, ingilislərə bu mundialda İrandan başqa qol vuran komanda olmayıb. Amma əminəm ki, Mbappe və yoldaşları bunu bacaracaq. Fransanın müdafiəsi haqqında hər şeyi hesablar deyir. Keçirdikləri 4 matçın hamısında qapılarında qol görüb. Avstraliya və Tunisin qol vurduğu komandaya Hari Keynin “dəstəsi” də vura bilər.
Mərakeş – Portuqaliya – ən çox qol vurulan hissə – 2-ci hissə
Portuqaliyanın 1/8 finalda İsveçrəni darmadağın (6:1) etməsinə aldanmayaq. Mərakeşin “beton müdafiəsi”ni yarmaq xeyli vaxt və əziyyət tələb edir. Fikrimcə, hesabın açılması 2-ci yarıya təsadüf edəcək. Yox, əgər ilk hissədə qol vurulsa, onda uduzan tərəf açıq futbol təklif edəcək. Belədə fasilədən sonra qolların sayının artması ehtimalı yüksəlir. Həm də Portuqaliya millisi bu mundialda qollarının əksəriyyətini 2-ci yarıda vurub. Ona görə 2-ci hissənin 1-ci ilə müqayisədə daha məhsuldar olacağını fikirləşirəm.
“Villareal B” – “Tenerife” – 2
Sequndanın 20-ci turunda sürpriz gözlədiyim oyunlardan biridir. “Villareal B” turnir cədvəlində rəqibindən 5 pillə yuxarıda qərarlaşsa da, bukmeker kontorları “Tenerife”ni favorit sayır. Bəlkə, bu dəfə bukmekerlərin “nişan verdiyi” əmsala mərc edək?