Günün kuponu – 10.12.2022
İngiltərə – Fransa – 1-ci hissə cüt şans 12
Avropa futbolunun klassik qarşılaşmalarından biri. Hər iki komandanın hücum potensialı çox yüksək olduğundan bu matçın qolsuz bitmə ehtimalı məncə, sıfıra bərabərdir. Hesabın ilk yarıda açılacağını düşünürəm. Ona görə ilk hissəni tərəflərdən birinin öndə bitirəcəyinə mərc edirəm.
Mərakeş – Portuqaliya – 1-ci hissə künc zərbələri – 2
Portuqaliya matçın favoritidir, bu aydındır. Məntiqlə daha çox hücum edən tərəf də onlar olacaq. Bu isə kornerlərin sayının artmasına gətirib çıxara bilər. Mərakeş “təhlükəli” komanda olduğundan oyun 2 və ya 1-ci hissə 2 variantındansa, Portuqaliyanın korner sayında rəqibini üstələməsinə mərc edirəm.
“Stok Siti” – “Kardiff Siti” – cüt şans x2
Turnir cədvəlində qonşu komandaların duelində qonaq komandaya üstünlük verməyimin səbəbləri : 1) “Stok Siti” bu mövsüm doğma meydanda keçirdiyi 10 matçdan yalnız 3-də qələbə qazanıb. Yəni, azarkeş amilindən demək olar ki, faydalana bilmir.
2) “Stok Siti” son 9, “Kardiff” isə son 10 turda heç-heçə oynamır. Bəlkə də elə bu həftə artıq vaxtı çatıb.
3) öz aralarındakı son 4 dueldə “Kardiff” bu rəqibə uduzmayıb : 2 qələbə, 2 heç-heçə.
Ona görə cüt şans x2 variantına üstünlük verirəm.