Sürpriz kupon – 10.11.2022
“Latsio” – “Monza Brianza” 1
Meydan sahibləri üçün mövsüm uğurlu başlayıb. 13 oyunda 27 xal toplayan “Latsio” ikinci pillədəki “Milan”dan 3 xal geri qalır. Rossonyerlərdən 1 oyun az keçirən “Latsio” ancaq kubok matçlarında “Monza” ilə üz-üzə gəlib. İtaliya Kubokunda “Udineze”ni üstələyən “Monza” indi yeni sürpriz edəcək gücdə deyil. Həm dı kubok matçları fərqlidir.
“Feyenord” – “Kambur” QOL/QOL
Niderland çempionatında liderlər qrupunda qərarlaşan “Feyenord” ilk üçlükdədir. PSV-dən 3, “Ayaks”dan cəmi 1 xal geri qalan “Feyenord” zəif rəqiblə matçda xal itirmək barədə düşünmür. Oktyabrın 1-də evdə PSV-yə qalib gələn “Kambur”un bu dəfə səfərdə eyni qəhrəmanlığı təkrar edəcəyinə inam azdır.
“Viborq” – “Midyulend” QOL/QOL
Danimarka Kubokunda 1/8 final. “Midyulend” ilk mərhələni asanlıqla keçib. “Viborq” isə iki qələbə qazanmaqla 1/8 finala yüksəlib. Fikrimcə bu matçda məhsuldar nəticə qeydə alınacaq. Hər iki komanda qol vurmağı yaxşı bacarır.