Günün kuponu – 10.11.2022
“Valensiya” – “Real Betis” 2
Cari mövsüm liderlər qrupunu izləyən “Betis” La Liqada son 2 matçda 4 xal toplayıb. Meydan sahiblərinin vəziyyəti yaxşı deyil. Təxminən 1 ay qələbəyə həsrət qalan “Valensiya” azarkeşlərini heç-heçələrlə sevindirir. Son 5 turda meydan sahibləri ümumilikdə 4 xal qazanıb. 2020-ci ildən rəqibi üzərində qələbə qazana bilməyən “Valensiya”nın şanslarını yüksək qiymətləndirmirəm.
“Raye Valekano” – “Selta Viqo” ÜST2.5
“Selta” cari mövsümün ilk yarısını uğursuz keçirir. Oyun baxımından geriləyən qonaqlar müdafiədəki səhvlər sayəsində əksər matçlarda meydanı xalsız tərk edir. 18-ci yerdə qərarlaşan qonaqlar La Liqanın qapısında ən çox qol izləyən iki klubundan biridir. Meydan sahibləri son turda “Real”ı məğlub etməklə diqqəti cəlb edib (3-2).
“Verona” – “Yuventus” 2
“Napoli”nin lider olduğu A seriyasında “Yuventus” ilk beşlikdədir. Ardıcıl dörd matçda qələbə qazanan Qoca Sinyora indi səfərdə autsayderin qonağı olacaq. Liderdən çox uzaqlaşan “Yuve” belə rəqiblərlə matçda mütləq 3 xal qazanmalıdı. Ona görə qonaqların qələbə qazanacağını düşünürəm.