Sürpriz kupon – 09.03.2024
Auqsburq – Haydenhaym QOL/QOL
Hər iki komanda turnir cədvəlinin orta sıralarında yer alır. Buna baxmayaraq, meydandan qolsuz ayrılmağı sevmirlər və açıq futbol sərgiləyirlər. Düşünürəm ki, bu dəfə də, hər ikisi fərqlənəcək.
Verder Bremen – Borussiya Dortmund 2
Meydan sahiblərinin bu mövsüm, avro kuboklara qatılmaq şansı azalmağa doğru gedir və stabil oyun da göstərmirlər. Məncə, “Borussiya” ən azından 4-cü yerini qorumaq niyyətindədir.
Hədəfləri Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Çətinliklə də olsa, qələbəni əldən verməyəcəklər.
Vulverhempton – Fulhem X
Öz aralarındakı oyunların statistikasına nəzər yetirsək, heç-heçə üstünlük təşkil edir. Bir amili də qeyd edərdim. Bir neçə turdur ki, hər iki komanda meydandan sülhlə ayrılmır. Məntiqə əsaslanaraq, düşünürəm ki, bu oyunda qalib müəyyənləşməyəcək.