Günün kuponu – 09.03.2024
Mançester Yunayted – Everton Cüt şans 1X
Hər iki komanda, bu mövsüm uğursuz oyunları ilə yadda qalır. “Everton”la oyunda “qırmızı şeytanlar” favorit hesab olunsa da, düşünmürəm ki, asan qələbə qazanacaqlar. Ona görə də, 1X proqnozuna üstünlük verirəm.
Holştayn Kil – Karlsrue QOL/QOL
Bundesliqa 2-də çıxış edən və hücum futbolu nümayiş etdirən iki komandanın dueli. Ev sahibləri Bundesliqa 1-ə vəsiqə qazanmaq uğrunda inamlı mübarizə aparır. “Karlsrue” isə asan məğlub edilən rəqib deyil. Hər iki komandanın qol ortalamasına nəzər salsaq, hər oyuna 2 qol. Bu statistikalara əsaslanaraq, məhsuldar oyun gözlənilir.
Kadis – Atletiko Madrid 2
Paytaxt təmsilçisi “La liqa”nın autsayderlərindən biri ilə üz-üzə gələcək. Aşkar favorit “Atletiko”dur. “Kadis” isə yerində saymağa davam edir. Fikrimcə, Simeonenin yetirmələri rahat qələbə qazanacaq.