Sürpriz kupon – 08.03.2023
“Bavariya” – PSJ – 1-ci hissə cüt şans 12
Bol qollu oyun gözləyirəm. Belə matçlarda isə əksər hallarda hesab ilk yarıda açılır və tərəflərdən biri oyunun fasiləsinə üstün vəziyyətdə yollanır. 1,44 əmsalı məncə dəyərləndirmək lazımdır.
“Partizan” – “Kolubara” – YOX/QOL
Son 3 matçda qələbəyə həsrət qalan “Partizan” “yaralı aslan” kimidir. Derbidə “Srvena Zvezda”ya məğlubiyyət də bir tərəfdən fanatları özündən çıxarıb. Məncə,”Partizan” rəqibinə qol vurmaq şansı verməyəcək. Başqa sözlə, top buraxmadan qalib gələcək.
“Hibernian” – “Qlazqo Reyncers” – QOL/QOL
“Reyncers” getdikcə çempionluq hədəfindən uzaqlaşır. “Seltik”lə xal fərqinin atmaması üçün qələbə çox vacibdir. Amma “Hibernian” da öz meydanında asan təslim olan deyil. Ona görə hər iki komandanın qol vuracağını təxmin edirəm.