Günün kuponu – 08.03.2023
“Bavariya” – PSJ – QOL/QOL
ÇL-in iki favoritinin 1/4 finala vəsiqə uğrunda həlledici qarşılaşması. “Bavariya”nın Parisdə 1:0 qalib gəldiyi ilk oyun məhsuldarlıq baxımından gözləniləni vermədi. Münhendəki görüşdə isə PSJ qələbə oynamalıdır. Zədəli Neymar olmasa belə, Fransa çempionunun heyətində almanlara problem yaradacaq yetərincə ulduz futbolçu var. Fikrimcə, hər iki komanda qol vurmaq potensialından maksimum istifadə edəcək.
“Partizan” – “Kolubara” – 1/1
“Partizan” Konfrans Liqasında “Şerif”ə məğlubiyyət də daxil son 3 oyunda yalnız bir heç-heçə edib. Son turda əzəli rəqibi “Srvena Zvezda”ya məğlubiyyət isə demək olar ki, çempionluğun taleyinə böyük ölçüdə aydınlıq gətirdi. Bununla belə, çılğın fanatları önündə az da olsa bəraət qazanmaq üçün bu matçda “Partizan”ın qələbəsini gözləmək olar. Fikrimcə, meydan sahibi artıq ilk yarıda qələbənin əsasını qoyacaq. Ona görə həm ilk yarıda, həm də bütünlükdə oyunda “Partizan”ın qalib gələcəyinə mərc edirəm.
“Tottenhem” – “Milan” – 3,5 ALT
İlk oyunda 1:0 qalib gələn “Milan” üstünlüyünü qorumaq üçün müdafiədə maksimum diqqətli olacaq. Bu komandalar indiyədək 7 dəfə qarşılaşıb, ən çox qol vurulan matçda 3 top qeydə alınıb. Məncə, bu dəfə də ənənə pozulmayacaq.