Sürpriz kupon – 06.12.2022

Sürpriz kupon – 06.12.2022

Mərakeş – İspaniya QOL/QOL
Bu komandaların son iki oyunu qol\qolla nəticələnib. Almaniya və Yaponiya yığmaları göstərdi ki, ispanların müdafiəsində problemlər var və bundan istifadə etmək olar.
Mərakeşin əsas hücumçusu Yusif Ən Nəsiri İspaniya La Liqasında (Sevilya) oynadığından rəqib futbolçuları yaxşı tanıyır.
Hər iki komandanın fərqlənmək imkanları olacaq.

Portuqaliya – İsveçrə ALT 2,5
İndiyə qədər pley-off oyunlarının hamısı ÜST gəlib. Düşünürəm ki, Portuqaliya – İsveçrə görüşündə fərqli hadisələrin şahidi ola bilərik. İsveçrənin Zommer kimi qapıçısı və Akandji kimi müdafiəçisi var. Bu komandya qol vurmaq asan deyil.

Ovyedo – Las Palmas 2
“Las Palmas” 34 xalla Sequndanın lideridir. Hər iki komanda son 2 turda qələbə qazanıb.
“Las Palmas” “Ovyedo” səfərində xal itirsə, “Alaves” 1-ci pilləyə yüksələ bilər. Qonaqlar bu oyuna qalibiyyət üçün çıxacaq.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 06.12.2022

Növbəti yazı

İngiltərədən rekord