Günün kuponu – 06.12.2022
Mərakeş – İspaniya X
İspaniya qrupda 2-ci yeri tutmaqla Mərakeşə rəqib oldu. Amma şimali afrikalılara qarşı oyun Luis Enerikenin komandası üçün asan olmayacaq. Hətta görüş əlavə vaxta kimi davam edə bilər.
Mərakeşin iki əsas lideri – Hakim Ziyeş və Əşrəf Hakiminin oynaması sual altındadır.
İspaniya hələ ki mundialda yalnız bir qələbə qazanıb, o da Kosta-Rika üzərində 7 top fəqrlə. Digər iki görüşü isə ispanlar elə də parlaq keçirməyiblər.
2018-ci ilin dünya çempionatında bu komandaların oyunu heç-heçə başa çatmışdı – 2:2.
Portuqaliya – İsveçrə QOL/QOL
İsveçrə dünya çempionatının ən yaxşı müdafiə xəttinə malik komandalardandır. Hətta Braziliya 1 qolu onların qapısından çətinliklə keçirdi.
Portuqaliya Qana və Uruqvay üzərində qələbələrdən sonra Cənubi Koreya qarşısına qarışıq heyətlə çıxdı və 1:2 hesabı ilə uduzdu.
Fernandu Santuşun komandasında Nunu Mendeş, Danilo və Otavio meydana çıxa bilməyəcək.
Bu komandalar Milllətlər Liqasının son mövsümündə də üz-üzə gəliblər. Portuqaliya öz meydanında 4:0 hesabı ilə qalib gəlsə də, səfərdə uduzmuşdu – 0:1.
Ponferradina – Burqos 2
“Burqos”un bu mövsüm La Liqaya yüksəlmək şansı var. Hazırda komanda lider “Las Palmas”dan 3 xal geri qalır və 3-cü yeri tutur.
“Ponferradina” isə təhlükəli zonadadır.
“Burqos” son turda “Saraqosa” ilə heç-heçə etdiyindən bu dəfə qələbə qazanmağa çalışacaq.