Sürpriz kupon – 04.04.2024
İstanbul Başakşəhər – Beşiktaş QOL/QOL
Superliqada dördüncü pillədə qərarlaşan “Beşiktaş” rəqibi 4 xal qabaqlayır. Qonaqların heyəti tam olmayacaq. Uçan, Çemberleyn, Bingöl, Hacıahmetoviç oyunu kənardan izləyəcək. Superliqada son 3 turda məğlub olan “qara qartallar” uğursuzluq zolağından çıxmağa çalışacaq. Fikrimcə bu matçda məhsuldar heç-heçə qeydə alınacaq.
Samsunspor – Pendikspor 2.5 ÜST
Superliqada qapısında ən çox qol izləyən “Pendikspor”u səfərdə çətin sınaq gözləyir. Meydan sahibləri ev oyunlarında daha çox rəqibə təzyiq edirlər. Qonaqların müdafiədəki problemlərini nəzərə alaraq 2.5 Üst seçimini real hesab edirəm.
Volendam – Feyenoord – Birinci Hissə Dəqiq Hesab 0-2
2009-cu ildən indiyə qədər meydan sahibləri “Feyenord”u məğlub edə bilmir. Bu turda da onların arzusu reallaşmayacağını düşünürəm. Lider “PSV”dən 10 xal geri qalan “Feyenoord” matçın aşkar favoritidir. İlk hissədə qonaqların 2-0 hesablı qələbə qazanacağını proqnozlaşdırıram.