Sürpriz kupon – 04.02.2022
“Marsel” – “Anje” 1
“Qarabağ”ın Konfrans Liqasındakı gələcək rəqibi “Marsel” son oyunda “Lion” səfərindən xalsız döndü. Xorxe Sampaolinin komandası bu dəfə nəyin bahasına olursa-olsun, matçdan qələbə ilə ayrılmalıdır. Əks halda 2-ci pillədəki “Nitsa”dan bir qədər də uzaq düşə bilər. Bu mövsüm “Marsel” “Anje” səfərində xal itirib – 0:0. Marsel klubunda Seneqal yığmasının heyətində olan Bamba Dianq və Pape Gueyenin yoxluğu özünü göstərə bilər. “Anje”də də Afrika Millətlər Kubokuna yollanan futbolçular çoxdur.
“Xetafe” – “Levante” 1
“Levante”nin bu mövsüm La Liqa aşkar autsayder olmağı gözlənilməz sayıla bilər. Valensiya klubu ötən mövsüm 14-cü yeri tutsa da, indiki kimi zəif deyildi. “Levante” qış “transfer pəncərəsi”ndə “Kalyari”dən Martin Kasaresi heyətinə qatdı. “Xetafe” isə “Selta”dan Okay Yokuşlunu icarəyə götürüb. Son oyunda “Real Sosyedad”dan səfərdə xal alan “Xetafe” doğma divarlar arasında qələbəyə daha yaxın görünür.
“Birmingem” – “Şeffild Yunayted” QOL/QOL
Son 3 oyunda 7 xal toplayan Şeffild klubu yaxşı formadadır. “Birmingem” isə son 2 turda rəqibləri ilə xalları yarı bölüb. Çətin proqnoz verilə bilən oyunlardan sayılır. Amma qol/qola ümid etmək olar.