“Real”dan uğursuz seriya

“Real”dan uğursuz seriya

“Real”ın İspaniya kubokundakı uğursuz seriyası davam edir. “Kral klubu” ardıcıl 8-ci mövsüm finala çıxa bilməyib. Karlo Ançelottinin yetirmələri 1/4 finalda “Atletiko”ya 0:1 hesabı ilə uduzub.

“Real” sonuncu dəfə 2014-cü ildə finala yüksəlib. Həmin vaxt madridlilər “Barselona”nı udaraq kubokun sahibi olublar.

Ümumilikdə 19 dəfə yarışın qalibi olan “Real” bu göstəricidə 3-cüdür. “Barselona” 31, “Atletik” 23 dəfə kuboka sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.02.2022

Növbəti yazı

Medvedevlə Sinner Rotterdamda oynamayacaq