Günün kuponu – 04.02.2022
“Herta” – “Bohum” QOL/QOL
“Bohum” “Herta”nı cəmi 2 xal qabaqlayır. Amma Berlin səfərində “Bohum”un bir neçə aparıcı oyunçusu meydana çıxa bilməyəcək. “Herta” 3 turdur ki, Bundesliqada qələbə qazana bilmir. “Bohum” isə kubokda “Maynts” qələbəsindən sonra “Köln”lə xalları yarı böldü. Bu komandalar arasında oyunlar çox vaxt məhsuldar alınır. Son 3 matçda isə qol/qol olub. Bu dəfə də hər iki tərəfin fərqlənmək şansı çoxdur.
“Konyaspor” – “Giresunspor” 1
Bu mövsümün sürpriz komandalarından olan “Konyaspor” öz meydanında matçın favoriti sayılır. Klubun bu ilki uğurlarında qapı xəttində etibarlı oynayan eks “Qarabağ”lı İbrahim Şehiçin də böyük rolu var. Konya klubu yeni ilin ilk turunda “Sivasspor”a uduzduqdan sonra ardıcıl 2 görüşdə qələbə qazanıb. Məncə, meydan sahibləri bu dəfə də qələbə şansını əldən verməzlər.
“Mançester Yunayted” – “Middlsbro” 1
FA Cup-da hər hansı gözlənilməz nəticələr artıq heç kimi təəccübləndirmir. Amma bir tərəfdə Ronaldulu “Mançester Yunayted” digər tərəfdə Championship təmsilçisi “Middlsbro”dursa, burda çox da sensasiyaya ümid etməyə dəyməz. “Middlsbro” aşağı liqada son 3 matçını qələbə ilə başa vursa da, komandalar arasında səviyyə fərqi böyükdür.