Sürpriz kupon – 03.08.2022
“Dinamo Kiyev” – “Şturm” QOL/QOL
Neçə vaxtdır müharibə səbəbindən yalnız yoldaşılıq oyunları ilə kifayətlənən “Dinamo” buna baxmayaraq, II təsnifat mərhələsində “Fənərbaxça”nı mübarizədən kənarlaşdıra bildi. Ukrayna klubunun iki aparıcı futbolçusu Sirorçuk və Qarmaş cəzalı olduqları üçün meydana çıxa bilməyəcəklər.
Avstriya çempionatında 2 tur geridə qalıb və “Şturm” 4 gün öncə əsas rəqiblərindən olan “Zaltsburq”u məğlub etdi.
Təxminən bərabər səviyyəli komandaların oyununu izləyəcəyik. Cütün taleyinə cavab matçında aydınlıq gələ bilər.
“Riqa” – “Jil Visente” ÜST 2,5
“Riqa” ötən mərhələdə Slovakiyanın “Rujembork” klubunu keçə bildi.
“Jil Visente” isə avrokuboklara III təsnifat mərhələsindən başlayır. Hələ Portuqaliya liqası start götürmədiyindən “Jil Visente” yalnız yoxlama matçları ilə kifayətlənir. Komanda ötən mövsüm yerli çempionatda 5-ci yeri tutmuşdu.
Məncə, baxımlı və bol qollu bir oyun gözləyə bilərik.
“Qarabağ” – “Ferentsvaroş” QOL/QOL
“Qarabağ” bu ilki Çempionlar Liqasında bütün oyunlarda qapısından qol buraxıb. Üstəlik, Ağdam klubunun 3 aparıcı futbolçusu – Kevin Medina, Riçard Almeyda və Kadi Macarıstan çempionuna qarşı oynaya bilməyəcək.
“Ferentsvaroş” 3 gün öncə Macarıstan çempionatında ilk oyununu keçirdi və minimal hesabla qələbə qazandı. Stanislav Çerçesovun rəhbərlik etdiyi Budapeşt klubu II təsnifat mərhələsində ilk oyunda evdə “Slovan”a 1:2 hesabı ilə uduzsa da, səfərdə rəqibə heç bir şans vermədi – 4:1. Hər iki komandanın müdafiəsində problemlər var və qol\qol gözləməyinə dəyər.