Günün kuponu – 03.08.2022
“Budo Qlimt” – “Jalgiris” 1
Litva klubu bundan əvvəlki mərhələdə “Malmö”nü keçərək sensasiyaya nail oldu. Norveç çempionuna gəlincə isə, “Linfild”ə ilk oyundakı məğlubiyyətin təsadüf olduğunu cavab matçındakı 8:0-lıq qələbə ilə göstərdi.
“Jalgiris”də serbiyalı mərkəz müdafiəçisi Lyubisavlyeviç cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.
“Budo Qlimt” Norveç çempionatında lider “Mölde”dən 8 xal geri qalır. Ancaq indi əsas məqsəd Çempionlar Liqasıdır. Meydan sahibləri oyunun favoriti hesab olunur.
“Makkabi Hayfa” – “Apollon” 1
İsrail klubu Yunanıstanda “Olimpiakos”un qapısından 4 cavabsız top keçirərək 2-ci mərhələdə ən gözlənilməz nəticəyə imza atdı.
“Apollon” isə Çempionlar Liqasına III təsnifat mərhələsindən start verir. Almaniyalı Aleksandr Zorniqerin komandası yalnız yoxlama oyunları ilə kifayətlənib və maraqlıdır ki, 4 matçın heç birində qələbə qazana bilməyib.
“Makkabi Hayfa” dolu tribunalar önündə ilk qarşılaşmada sərfəli nəticə əldə etməyə çalışacaq.
“Viborq” – “Torshavn” ÜST 2,5
Oyunun aşkar favorti Danimarka klubudur. “Torshavn”ın 3-cü mərhələyə gəlib çıxması artıq Farer adaları klubu üçün böyük uğurdur. “Torshavn” 1-ci mərhələdə Bosniya və Herseqovina təmsilçisi “Borats”ı oyunsonrası penalti zərbələri ilə məğlub etmişdi. Növbəti mərhələdə isə San Marinonun “Tre Fiori” komandası “Torshavn”ı dayandıra bilmədi. İndi Farer adaları təmsilçisinin işi daha çətindir.
Danimarka çempionatındakı son oyununda “Kopenhagen” kimi güclü rəqibi məğlub edən “Viborq” öz meydanında böyük hesabla da qələbə qazana bilər.