Sürpriz kupon – 03.02.2023
“Pau” – “Bordo” 2
Liqa-2-də 3-cü yeri tutuan “Bordo” yenidən elitaya qayıtmaq üçün mübarizə aparır. “Pau” son iki turda uduzmayıb. “Bordo” isə son 4 oyundan yalnız birində qalib gəlib. Bu komandalar arasında I dövrədə keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb. “Bordo” yenidən 2-ci pilləyə dönmək üçün bu oyunda qalib gəlməlidir.
“Dijon” – “Niort” QOL/QOL
Hər iki komandanın vəziyyəti yaxşı deyil. “Dijon” 21 xalla 17-ci, “Niort” isə 17 xalla sonuncu 20-ci yeri tutur. Hər iki klub Liqa-2-də qalmaq uğurunda çalışır. “Niort” son 4 oyunun hamısında uduzub. “Dijon” isə son iki matçdan məğlub ayrılıb. Bu komandalar arasında son 4 görüşdə qarşılıqlı qollar olub.
“Sandhausen” – “Darmştadt” 2
“Darmştadt” Bundesliqa-2-nin lideridir və ən yaxın izləyicisi “Hamburq”u 2 xal qabaqlayır. “Sandhausen” isə 12-ci yeri tutur. Sadəcə turnir cədvəlinin alt sıralarında elə sıxlıq var ki, bir məğıubiyyət komandanı təhlükəli zonaya düşürə bilər. Dörd oyundur ki, Sandhausen” “Darmştadt” üzərində qələbə qazana bilmir. Bu dəfə də qonaqlar daha şanslı hesab olunurlar.