Günün kuponu – 03.02.2023
“Auqsburq” – “Bayer Leverkuzen” 2
Bu aralar “Ausburq”da zədəli futbolçular çoxdur. Leverkuzen klubunda isə uzun müddət zədəli olan əsas hücunçulardan biri Patrik Şik meydana qayıda bilər. “Ausburq” son turda səfərdə “Frayburq”a məğlub olub – 1:3. “Bayer” isə doğma divarlar arasında “Borussiya Dortmund”a uduzmuşdu – 0:2. “Ausburq”u təhlükəki zonadan 2 xal ayırır. “Bayer” bu mövsüm öz meydanında “Ausburq”a 1:2 hesabı ilə məğlub olub. Bu dəfə revanş ala bilərlər.
“Sittard” – “Sparta Rotterdam” QOL/QOL
“Sittard” son iki oyununu qələbə ilə başa vurub. “Sparta” isə əksinə 2 turdur ki, qalib gələ bilmir. Bu komandalar arasında son 4 görüşdən üçün qol\qolla yekunlaşıb. Bu dəfə də hər iki komandanın fərqlənə biləcəyini düşünürəm.
“Oostende” – “Anderlext” 2
Belçika futbolunun ən adlı-sanlı klubu “Anderlext” heç də yaxşı günlərini yaşamır. Komanda hazırda turnir cədvəlində 11-ci yeri tutur. “Oostende” isə 18 xalla 18 komanda arasında 17-ci sıradadır. Son 5 oyunda yalnız bir qələbə qazanmış “Anderlext” autsayderlə görüşdə 3 xal əldə etmək üçün bütün gücünü ortaya qoyacaq.