Sürpriz kupon – 01.12.2022
Kanada – Mərakeş 2
Mərakeş Qətər 2022-nin sürpriz komandalarındandı. Ötən dünya çempionatının gümüş və bürünc mükafatçılarının yer aldığı qrupdan pley-offa vəsiqə möcüzə kimi görünürdü. İndi isə Afrika təmsilçisi bu xəyalın bir addımlığındadı. Düzdü, Kanada da heç də asan rəqib deyil. Amma kanadalılar qrup mərhələsinin son turu öncəsi pley-off şanslarını itirib. Daha motivasiyalı mərakeşlilərin qələbə şansı az deyil.
Xorvatiya – Belçika ÜST 2.5
Bu səviyyədə komandaların qarşlaşması adətən baxımlı oyundan çox taktiki savaşa səhnə olur. Lakin indi fərqli durumdu. “Ulduzlar toplumu” Belçika mundialla erkən vidalaşmamaq üçün mütləq qələbə qazanmalıdı. Xorvatiyaya analoji tapşırığın öhdəsindən gəlmək üçün heç-heçə də bəsdi. Ötən mundialın finalçısı üçün bu minimum hədəfdisə, qrup lideri kimi pley-offda daha zəif rəqiblə qarşılaşmaq şansı əldə etmək Modriç və yoldaşlarının əsas arzularıdı.
Azarkeşlərin qitə və dünya futbolunun iki nəhənginin ifasında maraqlı futbol və çoxlu qol görmək ehtimalı yüksəkdi.
İspaniya – Yaponiya X
İspanlar bu oyunda uduzsa belə qrupdan çıxa bilər. Amma Luis Enrikenin komandası növbəti mərhələyə lider kimi yüksəlib daha zəif rəqiblə qarşılaşmaq şansı qazanmaq istəyir. Bunun üçün oyunun favoriti özünə bir az əziyyət verməlidi.
Yaponların çempionatda keçirdikləri hər iki matçda sensasiya qeydə alınıb. Daha bir sensasiya “samurayları”ı mundialın növbəti mərhələsinə yüksəldə bilər.
Yekunda heç-heçənin bu matçda hər iki komandanı qane edəcək nəticə olacağını düşünürəm.