Günün kuponu – 01.12.2022
İspaniya – Yaponiya ÜST 2.5
Praqmatik düşüncəylə yanaşılsa, bu oyunda komandalar ehtiyatlı davranmalı, ilk növbədə öz qapılarının toxunulmazlığına çalışmalıdı.
Amma ispanların gənc heyətinin ustalıq baxımdan rəqib futbolçulardan ciddi üstünlüyü var. Bu gəncliyin enerjisi və ustalığın verdiyi güvənlə Luis Enrikenin komandası maraqlı hücumlar qurmağa çalışacaq. Baş məşqçinin emosional xarakteri yəqin ki, futbolçularına da sirayət edəcək. Onların müdafiəyə çəkilib yalnız öz qapılarının toxunulmazlığını düşünəcəyi ehtimalı inandırıcı görünmür.
Yaponlara isə turnirlə vidalaşmamaq üçün nəzəri cəhətdən heç-heçə kifayət etməyə də bilər.
Bu oyunda müdafiə futbolu gözləmirəm.
Xorvatiya – Belçika QOL/QOL
DÇ 2018-in iki mükafatçısının qarşılaşması olduqca prinsipial və əhəmiyyətlidi. Xorvatları bu oyunda heç-heçə də qane edə bilər. Amma belçikalılara yalnız və yalnız qələbə lazımdı. Bunun üçün isə mütləq qol və ya qollara ehtiyac var. Odur ki, qarşılıqlı qollar gözləməyə dəyər.
Kosta Rika – Almaniya ÜST 2.5
Nə qədər qəribə səslənsə də, almanlar qrupun autsayderidi. Hətta bu oyunda qələbə bundestimə pley-offa yüksəlmək imkanı yaratmaya bilər.
Kosta Rika isə Yaponiya zəfərindən sonra daha bir sensasiyaya imza ata bilsə, çempionat başlayanda heç kimin ağlına gətirmədiyi nəticəni əldə edəcək. Bolqollu bir qarşılaşma gözləyirəm.