ABŞ millisində ciddi itki

ABŞ millisində ciddi itki

ABŞ millisinin yarımmüdafiəçisi Kristian Pulişiçin durumuna aydınlıq gəlib. Dünya çempionatının qrup mərhələsinin II turunda İranla oyunda zədələnən 24 yaşlı futbolçu tibbi müayinədən keçib.

Komandasına qələbə gətirən yeganə qolun müəllifi olan və qapıçı ilə toqquşaraq xəsarət alan “Çelsi”nin oyunçusunun çanaq sümüyünün əzilməsi diaqnozu qoyulub. Zədə səbəbindən ABŞ-ın aparıcı oyunçusu mundialın 1/8 final mərhələsində Niderlandla matçı buraxmaq riski ilə üzləşib.

Qeyd edək ki, 1/8 finalın Niderland – ABŞ oyunu dekabrın 3-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 01.12.2022

Növbəti yazı

Ronaldoya mükəmməl müqavilə təklifi