Sürpriz kupon – 01.03.2023
“Şeffild Yunayted” – “Tottenhem” QOL/QOL
İngiltərə Kubokunun (FA Cup) 1/8 final mərhələsi bir oyundan ibarət oldugundan nəticə tərəflər üçün həlledici əhəmiyyət daşıyır. Bütün diqqətini premyer liqada ilk “dördlüy”ə düşüb, ÇL-ə vəsiqə qazanmağa yönəldən “Tottenhem” cəmi 3 gün əvvəl “Çelsi” ilə ağır derbi-matç keçirib. “Şeffild Yunayted” isə hazırda Çempionşipdə 2-ci yerdədir və yeni mövsümdə premyer liqaya qayıtmağa əsas namizədlərdən biridir. Bu matç bir növ Şeffild klubu üçün premyer liqa imtahanı sayıla bilər. Bu komandalar arasında Şeffilddə baş tutan duellərin statistikasına baxdıqda ağıla yalnız bir variant gəlir : qarşılıqlı qollar!
“Bari” – “Venetsiya” – cüt şans x2
B seriyasında hazırda 3-cü sırada yer alan “Bari” A seriyasına çıxmaq uğrunda gərgin mübarizə aparır. Son 4 turun 3-də qalib gəlib, birində heç-heçə oynayan komanda bu görüşdə də favorit göstərilir. Amma rəqibi də sıradan biri saymaq olmaz. “Venetsiya” ardıcıl 5 turdur uduzmur. Məncə, onların məğlubiyyətsiz oyunlar seriyası bu turda da davam edəcək. Ona görə 1,64 əmsalla dəyərləndirilən cüt şansa – qonaqların uduzmayacağına mərc edirəm.
“Sankt Qallen” – “Bazel” – 2
Çempionatda 3-cü yerdə gedən “Sankt Qallen”in çempionluq şansı cüzi olsa da, mövsümü ilk “dördlük”də bitirib növbəti mövsüm avrokuboklarda oynamaq ehtimalı böyükdür. “Bazel” isə çempionatda uğursuz çıxış edir. Ona görə, İsveçrə Kubokundan! “ikiəlli yapışacaqlarını” təxmin edirəm. Hər halda “Bazel”in toparlanıb bir matçdan ibarət 1/4 final səddini keçəcəyini düşünürəm. Oyun 2-nin əmsalı da “gəl-gəl” deyir – 3,00…