Günün kuponu – 01.03.2023

Günün kuponu – 01.03.2023

“Arsenal” – “Everton” – 1

Premyer liqada 7-ci turdan təxirə salınmış bu oyunda meydan sahibi aşkar favorit sayılır. 20 komanda arasında hazırda 18-ci yerdə olan “Everton”un lider komandadan xal alacağı inandırıcı görünmür. “Arsenal” qələbə qazanarsa, ən yaxın izləyicisi “Mançester Siti” ilə xal fərqini 5-ə yüksəldəcək. Bu isə londonluların nisbətən rahat “nəfəs almasına” imkan verəcək.

“Sankt Qallen” – “Bazel” – QOL/QOL

İsveçrə Kubokunun 1/4 final mərhələsi bir oyundan ibarətdir. Tərəflər duelin “lotoreya”ya – əlavə vaxt və ya penaltilər seriyasına qədər uzanmaması üçün 90 dəqiqə ərzində qalibi müəyyənləşdirməyə çalışacaq. Hər iki komandanın hücum xətti və aralarındakı görüşlərin statistikası bu matçda qarşılıqlı qollar gözləməyə əsas verir.

“Herenven” – “Feyenoord” – 2,5 ÜST

Sentyabrın 18-də PSV-yə məğlubiyyətdən sonra “Feyenoord” Niderlandda heç bir rəqibə uduzmayıb ( Oktyabrda “Şturm”a məğlubiyyət Avroliqada qeydə alınıb). Hazırda Erediviziyada inamla liderlik edən Rotterdam klubu kuboku da qazanmaqla “Qızıl dubl” etməyi hədəfləyib. Amma bir oyundan ibarət 1/4 finalda “Feyenoord”u inadkar “Herenven” gözləyir. Rotterdamlıların “Abe Lenstra Stadion”a son 4 səfəri isə bol qolla müşaiyət olunub. Hər matçda minimum 3 qol!

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Tiaqo Silva zədələndi

Növbəti yazı

Sürpriz kupon – 01.03.2023