“Spartak”ın oyunu dayandırıldı
Slovakiya çempionatının “Spartak” – “Slovan” oyununda qalmaqal yaşanıb. Trnavada keçirilən matç kütləvi iğtişaşlar üzündən 15-ci dəqiqədə dayandırılıb. XI turun görüşündəki qalmaqal tribunadakı azarkeşlər arasında başlayıb.
Sonradan hadisələr meydanda davam edib. Baş verənlərə müdaxilə edən polis qonaq azarkeşlərin sektorunu boşaltmağa nail olub. Fanatlardan biri ağır xəsarət alıb və xərəkdə stadiondan aparılıb.
Futbolçular tribunaaltına aparılıb. Az sonra hakim oyunun davam etdirilməməsi barədə qərar verib. Görüşün taleyinə liqa rəhbərliyi aydınlıq gətirəcək.