Ronaldodan ilk
Kriştiano Ronaldo daha bir ilkə imza atıb. O, Portuqaliya millisinin heyətində rəsmi oyunlarda 100 qol vurub.
38 yaşlı hücumçu Avro-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə matçında (4:0) dubla imza atıb. Cərimə zərbəsindən vurduğu ikinci qol ona beynəlxalq səviyyədə rəsmi oyunlarda 100 top vuran ilk futbolçu adını qazandırıb.