Günün kuponu – 25.03.2023
Andorra – Rumıniya – YOX/QOL
Qonaqların qələbə əmsalı çox aşağı olduğundan məncə, yox /qol variantına mərc etmək daha uyğundur. Rumınlara adlı-sanlı komandalar qol vurmağa çətinlik çəkir, o ki qaldı Andorra yığması ola. 1,37 yüksək əmsal olmasa da, kupondakı digər 2 oyunla kombinə edəndə əmsalı xeyli artırır.
Almaniya – Peru – 2,5 ÜST
Almaniya millisinin əksər oyunları qol sarıdan məhsuldar keçir. Bu, yoldaşlıq matçı olduğundan komandalardan daha rahat, daha açıq futbol gözləyirəm. Peru millisinin heyətində yüksək səviyyəli oyunçular yetərincədir. Bol qollu oyun gözləyirəm.
Şotlandiya – Kipr – 1
Meydan sahibi aşkar favoritdir. Seçmə mərhələyə qələbə ilə başlamaq şansını əldən verməzlər. İndiyədək Kiprə qarşı keçirdikləri 7 matçın hamısında qalib gəliblər. Fikrimcə, bu dəfə də elə olacaq.