Ronaldo “Mançester Siti”də?

Ronaldo “Mançester Siti”də?


Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldonun “Mançester Siti”yə keçidinin həll olunduğu iddia edilir. Bildirilir ki, ulduz hücumçunun keçidi ilə bağlı iki klub arasında anlaşma əldə olunub. 36 yaşlı forvard İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola ilə də ünsiyyətdə olub. Transfer yaxın günlərdə rəsmiləşəcək.
Ronaldonun agenti Jorje Mendeş bir müddət əvvəl Turinə yollanaraq “Yuventus” rəhbərliyi ilə danışıqlar aparıb. Onun məqsədi transferin 25 milyon avrodan ucuz gerçəkləşməsinə nail olmaqdır.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın futbolçusu İtaliya klubunda

Növbəti yazı

Ardıcıl 3-cü dəfə “Böyük dəbilqə”dən kənar qaldı